Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 102 nəfər yoluxub - VİDEO - YENİLƏNİB

Azərbaycanda son sutkada 273 nəfər COVID-19-dan sağalıb, 102 nəfər yoluxub - VİDEO  - YENİLƏNİB
# 08 iyun 2021 20:32 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

Saat 19:23

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 102 yeni yoluxma faktı qeydə alınıb, 273 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 334849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327387 nəfər müalicə olunaraq sağalıb, 4947 nəfər vəfat edib, aktiv xəstə sayı 2515 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8655, ötən müddət ərzində isə ümumilikdə 3581073 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR