Azərbaycanda son sutkada 2945 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

Azərbaycanda son sutkada 2945 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb
# 23 avqust 2021 20:00 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2945 yeni yoluxma faktı qeydə alınıb, 1027 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 394451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346810 nəfər müalicə olunaraq sağalıb, 5340 nəfər vəfat edib, aktiv xəstə sayı 42301 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10079, ötən müddət ərzində isə ümumilikdə 4329920 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR