Azərbaycanda son sutkada 3 714 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb

Azərbaycanda son sutkada 3 714 nəfər COVID-19-a yoluxub, 31 nəfər ölüb
# 26 avqust 2021 15:24 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib, aktiv xəstə sayı 46968 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, ötən müddət ərzində isə ümumilikdə 4 379 510 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR