Azərbaycanda son sutkada 3 794 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb

Azərbaycanda son sutkada 3 794 nəfər COVID-19-a yoluxub, 33 nəfər ölüb
# 25 avqust 2021 17:11 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 794 yeni yoluxma faktı qeydə alınıb, 2 216 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 401 828 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 350 670 nəfər müalicə olunaraq sağalıb, 5 403 nəfər vəfat edib, aktiv xəstə sayı 45755 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 835, ötən müddət ərzində isə ümumilikdə 4 362 263 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR