Azərbaycanda son sutkada 4010 nəfər COVID-19-a yoluxub, 2 898 nəfər sağalıb, 41 nəfər vəfat edib

koronavirus statistikası, 29 avqust

© APA | koronavirus statistikası, 29 avqust

# 29 avqust 2021 16:50 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4010 yeni yoluxma faktı qeydə alınıb, 2 898 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 417 996 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 361 128 nəfər müalicə olunaraq sağalıb, 5 553 nəfər vəfat edib, aktiv xəstə sayı 51 315 nəfərdir.

Ölkədə son sutka ərzində 16 536, hazırkı dövrədək isə 4 431 053 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR