Azərbaycanda son sutkada 4203 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb

Azərbaycanda son sutkada 4203 nəfər COVID-19-a yoluxub, 35 nəfər ölüb
# 27 avqust 2021 17:25 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 203 yeni yoluxma faktı qeydə alınıb, 1 724 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 409 745 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 354 864 nəfər müalicə olunaraq sağalıb, 5 469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 136, ötən müddət ərzində isə ümumilikdə 4 395 646 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR