Azərbaycanda son sutkada 431 nəfər COVID-19-a yoluxub, 139 nəfər sağalıb - VİDEO

Azərbaycanda son sutkada 431 nəfər COVID-19-a yoluxub, 139 nəfər sağalıb - VİDEO
# 02 avqust 2021 16:22 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 431 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 344 951 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 267 nəfər müalicə olunaraq sağalıb, 5 030 nəfər vəfat edib, aktiv xəstə sayı 6 654 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 238, ötən müddət ərzində isə ümumilikdə 4 049 978 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR