Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb - VİDEO

Azərbaycanda son sutkada 468 nəfər COVID-19-a yoluxub, 123 nəfər sağalıb - VİDEO
# 27 iyul 2021 15:05 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında

Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259 nəfər müalicə olunaraq sağalıb, 5 011 nəfər vəfat edib, aktiv xəstə sayı 3 913 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 895 , ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR