Azərbaycanda son sutkada 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub - VİDEO

Azərbaycanda son sutkada 49 nəfər COVID-19-dan sağalıb, 28 nəfər yoluxub - <span class="red_color">VİDEO
# 21 iyun 2021 17:36 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 599 nəfər müalicə olunaraq sağalıb, 4 963 nəfər vəfat edib, aktiv xəstə sayı 959 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 115, ötən müddət ərzində isə ümumilikdə 3 680 977 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR