Azərbaycanda turizm bələdçiləri muzey, qalereya və qoruqlara ödənişsiz girəcək

Azərbaycanda turizm bələdçiləri muzey, qalereya və qoruqlara ödənişsiz girəcək
# 04 oktyabr 2021 13:40 (UTC +04:00)

Azərbaycanda turizm bələdçiliyi sertifikatına malik olan şəxslər dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanı əldə edəcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, turizm bələdçiliyi sertifikatına malik olan şəxslərin dövlət mülkiyyətində olan muzey, qalereya və qoruqlara ödənişsiz giriş imkanının təmin olunması bələdçilərin sertifikatlaşdırma prosesinə cəlb edilməsini stimullaşdıracaq, bu isə öz növbəsində turistlərə keyfiyyətli bələdçilik xidmətinin təqdim edilməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR