Azərbaycanda turizm sahəsində müsabiqə və fərqləndirici nişanlar təsis edilməsi nəzərdə tutulur

Azərbaycanda turizm sahəsində müsabiqə və fərqləndirici nişanlar təsis edilməsi nəzərdə tutulur
# 04 oktyabr 2021 13:45 (UTC +04:00)

Azərbaycanda milli turizm orqanı tərəfindən rəqabət mühitinin inkişafını təmin edəcək müsabiqələr və fərqləndirici nişanlar (“tourism labels”) təsis edilməsi nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, turizm sahəsində xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək standartlaşdırma və sertifikatlaşdırma sisteminin əsası müəyyən ediləcək, habelə milli turizm orqanı tərəfindən rəqabət mühitinin inkişafını təmin edəcək müsabiqələr və fərqləndirici nişanlar (“tourism labels”) təsis ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR