Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri: "Şuşa ziyarəti 30 illik arzularımızın həqiqətə çevrilməsidir"

Milix Yevdayev, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

© APA | Milix Yevdayev, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri

# 11 iyul 2021 12:58 (UTC +04:00)

"Şuşa ziyarəti 30 illik arzularımızın həqiqətə çevrilməsidir. Bu, Şanlı Ordumuzun qələbəsidir. Qələbəmizin memarı Prezident İlham Əliyev "Dəmir yumruq" əməliyyatında xalqla bir olub. Bu qələbə bizə hüququmuzu, mənliyimizi, qeyrətimizi, mənliyimizi verib".

Bunu Şuşada APA-ya açıqlamasında Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bildirib. Onun sözlərinə görə, bu gün Şuşada dini məbədlərin içində azad səslərinin eşidilməsi, Azərbaycanda fəaliyyətdə olan bütün dini icmaların dualarının Allaha çatdırılması ondan xəbər verir ki, biz Allahın himayəsi altındayıq:

"Azərbaycan xalqının gələcəyi həmişə fəxrli olacaq. Buralarda insan gülüşləri, xoşbəxt həyat görünəcək".

M.Yevdayev dini-mədəni abidələrin ermənilər tərəfindən dağıdılmasına da münasibət bildirib. O deyib ki, erməni xisləti elə bir şeydir ki, onların tikib-yaratmaqla işi yoxdur: "Ona görə də heç kəsin qisası heç kəsdə qalmır. Biri var zülm, biri də var ərşə çəkilmək, bu, ərşə çəkilən zülm idi və heç vaxt yerdə qala bilməzdi, ona görə də qisası alındı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR