Azərbaycandakı dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb

Azərbaycandakı dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb
# 11 iyul 2021 15:56 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri başa çatıb.

APA-nın Şuşaya ezam olunan müxbirinin məlumatına görə, bu gün səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Ziyarətdən sonra A. Paşazadə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Quran kitabını təqdim edib.

Daha sonra Allahşükür Paşazadə jurnalistlər üçün brifinq keçirib.

Bununla da, QMİ sədri və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşaya səfəri yekunlaşıb.

Qeyd edək ki, iyulun 10-11-də baş tutan səfərdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR