Azərbaycandakı pandemiya xəstəxanalarının sayı açıqlanıb - SİYAHI

Azərbaycandakı pandemiya xəstəxanalarının sayı açıqlanıb - SİYAHI
# 17 noyabr 2021 17:06 (UTC +04:00)

Hazırda Azərbaycanda koronavirusla əlaqədar 18 pandemiya xəstəxanası fəaliyyət göstərir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, bu xəstəxanalardan 8-i Bakı, Sumqayıt və Abşeronda, 10-u digər rayon və şəhərlərdə yerləşir.

Məlumata əsasən, hazırda TƏBİB-in tabeliyində "Yeni Klinika", 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, Abşeron Modul Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Məhəmmədi Modul Xəstəxanası, Quba Rayon Mərkəzi Xəstəxanası (RMX), Ağdaş RMX, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, Qazax RMX, Masallı RMX, Sabirabad RMX, Goranboy RMX, Qobustan Modul Xəstəxanası, Şəki Modul Xəstəxanası, Gəncə Modul Xəstəxanası və TƏBİB tabeliyində olmayan digər pandemiya xəstəxanaları fəaliyyət göstərir.

Qeyd olunub ki, koronavirusa yoluxma halları artarsa və ya azalmağa doğru gedərsə, pandemiya xəstəxanlarının siyahısında dəyişiklik oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR