Azərbaycandan 13 həkim Türkiyədə 6 aylıq kurs keçəcək

Azərbaycandan 13 həkim Türkiyədə 6 aylıq kurs keçəcək
# 10 iyun 2021 18:24 (UTC +04:00)

TƏBİB-in tabeliyində olan K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Ankara Şəhər Uşaq Xəstəxanası arasında imzalanmış “Niyyət Protokolu”na əsasən İnstitutun 13 əməkdaşı 6 aylıq kurs keçmək məqsədilə Ankaraya yola salınıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, yolasalma mərasimində iştirak edən TƏBİB-in Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskəndərov və TƏBİB-in həkim koordinatoru Kamran Cavadov səfərin Azərbaycan səhiyyəsi üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR