Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, yağış yağıb – FAKTİKİ HAVA
# 17 sentyabr 2021 22:14 (UTC +04:00)

Sentyabrın 17-si saat 21:00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş (Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yağış bəzi yerlərdə leysan xarakterli olub.

Bu gün intensivləşən leysan yağış nəticəsində Tovuz rayonu Yanıqlı kəndi yaxınlığında, Göygöl rayonu və rayonun Aşıqlı ərazisindən sel keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR