Azərbaycanın bəzi yerləində güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ - VİDEO

Azərbaycanın bəzi yerləində güclü leysan olacaq, dolu düşəcək - PROQNOZ - VİDEO
# 25 sentyabr 2021 21:56 (UTC +04:00)

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, bəzi yerlərdə güclü leysan olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02.00-dan başlanması və ən intensiv dövrün səhər saat 07.00-dək davam edəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m /s dək güclənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR