Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə daha 3 erməni hərbçinin qalıqları tapılıb

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə daha 3 erməni hərbçinin qalıqları tapılıb
# 17 iyun 2021 18:11 (UTC +04:00)

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə aparılan axtarış nəticəsində bu gün daha 3 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, qalıqlar Xocavənd rayonu ərazisində aşkarlanıb.

Qalıqları tapılanlar Qarabağdakı döyüş əməliyyatlarının iştirakçıları olub.

Meyiti tapılanların kimliyinin müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizası aparılacaq.

Qeyd edək ki, Ermənistan tərəfinin açıqlamasına görə, Qarabağda hərbi əməliyyatlar dayanandan bəri işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ümumilikdə 1 579 erməni hərbçinin cəsədi və ya qalıqları tapılaraq, Ermənistana təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR