Azərbaycanlı jurnalist Türkiyədə koronavirusdan vəfat edib

Nurlan Ağa

© APA | Nurlan Ağa

# 11 oktyabr 2021 14:15 (UTC +04:00)

Azərbaycanlı jurnalist Nurlan Ağa (Salamov) koronavirusdan vəfat edib.

APA-nın məlumatına görə, o, Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırmış. Türkiyədə koronavirusa yoluxan 25 yaşlı jurnalist İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib.

Qeyd edək ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. O, “525-ci qəzet”, “aznews.az” və digər mətbuat orqanlarında çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR