Badamdarda su xətti partlayıb, həyətləri və marketi su basıb - FOTO - VİDEO

Badamdar qəsəbəsində su xətti partlayıb

© APA | Badamdar qəsəbəsində su xətti partlayıb

# 01 iyul 2021 19:32 (UTC +04:00)

Badamdar qəsəbəsində su xətti partlayıb.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə Bağlar Döngəsi 1-də qeydə alınıb. İçməli su xəttinin partlaması nəticəsində yolları, iki evin həyətini və marketi su basıb.

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllının APA-ya verdiyi məlumata görə, qurumun əməkdaşları qəza olan ərazidədir: "Hazırda təmir gedir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR