Bahar Muradova: "Cəmiyyətdə zorakılığa məruz qalan kifayət qədər qadın var"

Bahar Muradova: "Cəmiyyətdə zorakılığa məruz qalan kifayət qədər qadın var"
# 25 noyabr 2021 11:37 (UTC +04:00)

"Məişət zorakılığı, xüsusilə təhlükəsiz şəraitdə yaşaması təmin olunmalı olan qadınlara qarşı olan hüquq pozuntuları ən ciddi hüquq pozuntusudur".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, bu, bütün dünyanın üzləşdiyi ən ciddi problemdir: "Bunun qarşısının tam şəkildə alınacağına heç kəsin ümidi yoxdur. Amma bunun qarşısını təhsillə, hüquqi təfəkkürü təkmilləşdirməklə müəyyən qədər ala bilərik. Ötən ildən bu sahədə xeyli iş görülüb. Bəzi layihələr ötən ildən başlayıb, növbəti illərdə də davam edəcək. Yeni ciddi uğurlara da imza ata bilmişik. Qanunvericilik sahəsində boşluqların aradan qaldırılması üçün təkliflərimiz ortadadır. Təhlükəsizliyin, hüquqi müdafiənin əlçatanlığının təmin olunması üçün Komitənin təklifləri var. Bunlar razılaşdırılma mərhələsindədir. Dəyişikliklərə ehtiyac var. Ümid edirik ki, bu dəyişikliklər həyata keçiriləcək. Son vaxtlar cəmiyyətdə zorakılığa məruz qalan qadınların kifayət qədər olduğunu görürük. İnsanlar öz ailələrində fiziki, psixoloji zorakılığa məruz qalır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR