Bahar Muradova: “Ölkədə qadınlara qarşı zorakılıq halları davam edir”

Bahar Muradova: “Ölkədə qadınlara qarşı zorakılıq halları davam edir”
# 29 noyabr 2021 10:15 (UTC +04:00)

“Qadınlara qarşı zorakılıq hər zaman cəmiyyət tərəfindən mənfi qarşılanıb”.

APA-nın məlumatına görə,bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

O bildirib ki, son illərdə həyata keçirilən mühüm tədbirlərə baxmayaraq, ölkədə qadınlara qarşı zorakılıq halları davam edir: “Bununla bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub və mühüm irəliləyişlər əldə edilib. Ən vacib məsələlərdən biri qadınların iqtisadi inkişafına təkan vermək, əmək bazarında kişilərlə bərabər iştirakı ilə nəticələnir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR