Bahar Muradova: "Uşaq hüquqlarına dair meyarların müəyyən olunduğu sənəd artıq hazırdır"

Bahar Muradova: "Uşaq hüquqlarına dair meyarların müəyyən olunduğu sənəd artıq hazırdır"
# 18 noyabr 2021 13:30 (UTC +04:00)

"Uşaq hüquqlarının bütün sahələr üzrə meyarlarının müəyyənləşdirilməsi ilə bağlı sənəd üzərində iş aparılır".

APA-nın məlumatına görə bunu Uşaqların V Ümumrespublika Forumunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, bu günə qədər belə bir sənəd mövcud olmayıb: "Bu sənəd çərçivəsində müəyyən kriteriyalar müəyyənləşdirilir. Sənəd hazırdır və aidiyyəti qurumlara göndərilib. Eyni zamanda uşaqlara sosial xidmət göstərən mərkəzlərin keyfiyyət göstəricilərinə dair tələblər müəyyənləşdirilir. Fövqəladə vəziyyətlərdə və digər çətin şəraitlərdə uşaqların hüquqlarına təhlükəsiz əlçatanlığının təmin edilməsi və bərabərliyin gözlənilməsi sənədi üzərində də iş gedir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR