Bakı Dövlət Sirki "Zəfər" düşərgəsinə yola düşüb 

Bakı Dövlət Sirki "Zəfər" düşərgəsində

© APA | Bakı Dövlət Sirki "Zəfər" düşərgəsində

# 30 iyul 2021 17:11 (UTC +04:00)

Bakı Dövlət Sirkinin bədii heyəti Təhsil Nazirliyinin şəhid övladları üçün təşkil etdiyi "Zəfər" düşərgəsi layihəsinin bağlanış mərasimində iştirak edib.

Bu barədə APA-ya Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, düşərgə Qubada Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə (Quba STEAM Mərkəzi) təşkil olunub.

Bağlanış mərasimində iştirak edən sirkin yaradıcı kollektivi 1 saatlıq əyləncəli proqramla çıxış edib.

Qeyd edək ki, düşərgəyə 71 şəhid övladı qatılıb. Bir həftə davam edən tədbirdə uşaq üçün müxtəlif istiqamətlərdə təlimlər təşkil olunub. Layihənin reallaşmasında əsas məqsəd yeniyetmələrinyeni biliklər öyrənməklə yanaşı mənalı istirahətlərini də təşkil olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR