Bakı Metropoliteni: "8 Noyabr” stansiyası mayın 31-dən sərnişinlərin istifadəsində olacaq - VİDEO

Hidayət Məmmədov

© APA | Hidayət Məmmədov

# 29 may 2021 12:58 (UTC +04:00)

“8 Noyabr” stansiyası mayın 31-dən sərnişinlərin istifadəsində olacaq.

Bunu APA TV-yə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.

O deyib ki, yeni açılan stansiya Bakının Nəsimi rayonu ilə digər rayonları birləşdirəcək: “8 noyabr” stansiyasından hərəkət edən sərnişinlər “Memar Əcəmi” stansiyasında bir yoldan digər yola keçməklə hərəkətlərini müəyyənləşdirə biləcəklər”.

Stansiya sərnişinlərin rahat keçidini təmin etmək üçün eskalatorlarla təmin edilib: “Stansiya “qruntda divar” inşaat üsulu ilə tikilib. Sərnişin platofrması yeddi vaqondan ibarətdir. Həm texniki avadanlıq, həm mühəndis qurguları baxımından stansiyada bir sıra yeniliklər var. Ən böyük yeniliklərdən biri dəmir beton bloklar üzərində yolların salınmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR