Bakı-Qazax magistralında avtomobil aşıb, ölən və xəsarət alanlar bir ailənin üzvləridir - FOTO - YENİLƏNİB

Bakı-Qazax magistralında avtomobil aşıb, ölən və xəsarət alanlar bir ailənin üzvləridir - FOTO  - YENİLƏNİB

© APA | Hacıqabulda yol qəzası

# 02 iyul 2021 17:30 (UTC +04:00)

Hacıqabulda yol qəzasında ölən və xəsarət alan şəxslər bir ailənin üzvləridir.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının Atbulaq kəndindən keçən hissəsində Bakı sakini, 1979-cu il təvəllüdlü Qaraşov Vüqar Rafiq oğlunun idarə etdiyi “Hyundai Santa fe” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan 68 yaşlı Hüsniyyə Qaraşova hadisə yerində ölüb, sürücü və ailənin digər üzvləri - Bakı sakinləri, 1979-cu il təvəllüdlü Qaraşov Vüqar Rafiq oğlu, 1981-ci il təvəllüdlü Şəfiyeva Leyla Yusif qızı, 2007-ci il təvəllüdlü Qaraşov Rafiq Vüqar oğlu və 2010-cu il təvəllüdlü Qaraşov Səbuhi Vüqar oğlu müxtəlif dərəcəli xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

***

16.24

Bakı-Qazax magistralında ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, yol qəzası magistralın Hacıqabul rayonunun Qızılburun kəndindən keçən hissəsində qeydə alınıb.

“Hyundai Santa fe” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində avtomobildə olan 1 nəfərin öldüyü, 4 nəfərin xəsarət aldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR