Bakı Şəhər Halqası: "Formula-1" zamanı piyadaların hərəkətinə məhdudiyyət olmayacaq

Ayan Nəcəf

© APA | Ayan Nəcəf

# 26 may 2021 15:36 (UTC +04:00)

“Formula 1” iyunun 4-6-da Bakıda keçiriləcək. Artıq son hazırlıq prosesi gedir. Qlobal pandemiya dövründə bu, Azərbaycanın ev sahibliyi etdiyi ilk irimiqyaslı tədbirdir. APA-nın məlumatına görə, bunu “Formula 1” Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Ayan Nəcəf bildirib.

O deyib ki, müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində hazırlıq işləri davam edir: “Pandemiya beynəlxalq səyahətlərə, turizmə pis təsir edir. Belə dövrdə oyunların keçirilməsi, 2000-dən çox xarici vətəndaşın gəlməsi əhəmiyyətlidir. Bu il 5-ci Qran pri-dir, bu, torpaqlar işğaldan azad olunandan sonra keçirilən tədbirdir. Bu cür oyunların keçirilməsi həmin ərazilərdə turizm potensialı üçün də körpü rolunu oynayır. Belə marağa qulluq etdiyi üçün bu cür tədbirlərin təbliğatı vacibdir. Ona görə insanlardan bu müddətdə narahatlıqları anlayışla qarşılamalarını xahiş edirik. Bu müddətdə piyadaların hərəkətinə, bulvarda olan yeraltı keçidlərdə məhdudiyyət olmayacaq, müəyyən yerlərdə də yerüstü piyada keçidləri yaradılacaq. Bulvar ərazisi də açıq olacaq, insanlar gələ biləcək. Yarış azarkeşsiz olacağı üçün bulvarda heç bir əyləncə tədbiri olmayacaq. Eyni zamanda sürücülərə nəqliyyat vasitələri üçün keçid vərəqələri verilir.

Bu vərəqələrin verilməsi mayın 17-dən başlayıb iyunun 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR