Bakı və Abşeronda toz dumanı müşahidə olunur

Bakı və Abşeronda toz dumanı müşahidə olunur
# 04 noyabr 2021 14:42 (UTC +04:00)

Bakı və Abşeron yarımadasında şimal-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olan toz-dumanı müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Bakı və Abşeronda havada tozun miqdarı normadan 2.5 dəfə çoxdur.

Bunu Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib: "Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır”.

G.Abbasovanın sözlərinə görə, belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR