Bakıda 20 məktəb direktoru işdən çıxarılıb

Bakıda 20 məktəb direktoru işdən çıxarılıb

© APA | Bakı Şəhəri üzrə Təhsil İdarəsi

# 21 iyun 2021 13:07 (UTC +04:00)

2020-2021-ci tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə 8 nəfər direktor vəzifəsinə işə qəbul edilib, 21 direktorun iş yeri dəyişdirilib.

İdarədən APA-ya verilən məlumata görə, 25 məktəb direktoru Fəxri Fərmanla təltif edilib. 

118 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb. Çalışmanın yaş həddinə çatmış 36 direktorla müqavilənin müddəti 2020-2021-ci tədris ili çərçivəsində uzadılıb. 20 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR