Bakıda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib

Bakıda 20 yaşlı qız özünü dənizə ataraq intihar edib
# 24 iyul 2021 15:59 (UTC +04:00)

Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə ataraq intihar edib.

APA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 2001-ci il təvəllüdlü Məmmədova Nigar Şamo qızının meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.​

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR