Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI

Bakıda bəzi yollarda sıxlıq var - SİYAHI
# 14 iyul 2021 09:42 (UTC +04:00)

Bakı Nəqliyyat Agentliyi yollardakı sıxlığa dair məlumat açıqlayıb.

BNA-dan APA-ya verilən xəbərə görə, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:

1. Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

2. Binəqədi şosesi – (Əsasən Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində)

3. Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində)

4. Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində)

5. Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində)

6. Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində)

7. Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol)

8. Həsən bəy Zərdabi prospekti - (20 Yanvar dairəsinə düşən hissəsi)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR