Bakıda bildirçin kəsimi və yetişdirilməsi sexində nöqsanlar aşkarlanıb

Bakıda bildirçin kəsimi və yetişdirilməsi sexindəyoxlama keçirilib

© APA | Bakıda bildirçin kəsimi və yetişdirilməsi sexindəyoxlama keçirilib

# 22 iyun 2021 16:23 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində fəaliyyət göstərən Rəhmanov Aqil Arif oğluna məxsus “Bakı Bildirçin” MMC-nin bildirçin kəsimi və yetişdirilməsi sahəsinə baxış keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı quşçuluq təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Belə ki, sexdə hisə verilmə prosesinin antisanitar şəraitdə, kustar üsullarla hazırlanmış avadanlıqlarda ağac yonqarları vasitəsilə həyata keçirildiyi məlum olub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb, müəssisə rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR