Bakıda bir ailənin üzvləri intihara cəhd edib - VİDEO - YENİLƏNİB

Bakıda bir ailənin üzvləri intihara cəhd edib - VİDEO  - YENİLƏNİB
# 02 oktyabr 2021 16:50 (UTC +04:00)

Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində intihara cəhdin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, polis əməkdaşlarının operativ müdaxiləsi və ailə ilə aparılan izahedici söhbətlər nəticəsində onları fikirlərindən daşındırmaq mümkün olub.

APA-nın əldə etdiyi məlumata görə, ailə üzvlərinin intihara cəhd etmə səbəbi yaşadıqları binanın sökülməsidir.

***

16:45

Bakıda bir ailənin üzvləri intihara cəhd edib.

APA-nın xəbərinə görə, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində bir neçə sakin beşmərtəbəli binaya çıxaraq özləri atmaq istəyib.

Hadisə yerinə polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR