Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb

269 nömrəli tam orta məktəb

© APA | 269 nömrəli tam orta məktəb

# 16 noyabr 2021 10:35 (UTC +04:00)

Noyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bakı Şəhəri üzrə Təhsil idarəsindən APA-ya verilən məlumata görə, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR