Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb

Bakıda daha bir məktəb əyani tədrisə qayıdıb
# 02 dekabr 2021 15:45 (UTC +04:00)

Bakıda 323 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa edilib.

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Qeyd edilib ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR