Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - YENİLƏNİB

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb - YENİLƏNİB
# 30 noyabr 2021 16:03 (UTC +04:00)

Bakıda daha bir məktəb fəaliyyətini distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, 45 nömrəli tam orta məktəbdə COVID-19 infeksiyasına yoluxma sayının artması ilə əlaqədar məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 45 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

***

15:24

Bakıda daha bir məktəb koronavirusa görə distant təhsilə keçib.

APA-nın xəbərinə görə, 45 nömrəli tam orta məktəbin şagird və müəllimləri arasında koronavurusa yoluxma qeydə alındığı üçün dekabrın 1-dən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR