Bakıda daha bir yolda hərəkət ardıcıllığı nizamlanıb

Bakıda daha bir yolda hərəkət ardıcıllığı nizamlanıb
# 04 iyun 2021 10:12 (UTC +04:00)

Yasamal rayonu, Kənar Dairəvi yol ilə Dadaş Bünyadzadə küçəsinin kəsişməsində svetoforlar quraşdırılaraq yol hərəkət iştirakçılarının hərəkət ardıcıllığı nizamlanıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, məqsəd ərazidə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi, baş verən qəzaların qarşısının alınması və Dadaş Bünyadzadə küçəsindən çıxan nəqliyyat vasitələrinin hərəkətində yaranan çətinliyin aradan qaldırılmasıdır.

Ərazidə svetofor obyektləri və yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidi çəkilib, eyni səviyyəli piyada keçdinin önündə panduslar inşa olunub.

Nəticədə kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR