Bakıda daha iki sinif distant təhsilə keçib

"Ankara məktəbi" məktəb liseyi

© APA | "Ankara məktəbi" məktəb liseyi

# 13 oktyabr 2021 18:24 (UTC +04:00)

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.

APA-nın məlumatına görə, "Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR