Bakıda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb

Bakıda I sinfə gedəcək şagirdlərin sayı açıqlanıb
# 16 sentyabr 2021 17:23 (UTC +04:00)

Bu il 49171 şagird elektron qeydiyyatdan keçərək Bakı məktəblərində I sinfə qəbul olub.

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, 25 mindən çox uşaq məktəbəqədər təhsilə qəbul olub: "Bundan əlavə, artıq icma əsaslı məktəbəqədər təhsil Bakı məktəblərində də tətbiq olunur. Builki tədris ilində 28 icma əsaslı məktəbəqədər təhsil qrupuna 560 nəfər 3-4 yaşlı uşaq cəlb olunub".

M. Vəliyeva eyni zamanda deyib ki, Bakı məktəblərində peşə təmayüllü sinifləri olan məktəblərin sayı 15-ə qədər artırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR