Bakıda koronavirusa görə bağlanan 4 məktəbdə əyani dərslər bərpa edilib

Bakıda koronavirusa görə bağlanan 4 məktəbdə əyani dərslər bərpa edilib
# 10 noyabr 2021 09:51 (UTC +04:00)

Noyabrın 10-da paytaxtdakı 73, 207, 258 və 299 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə üzrə Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, hər 4 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş qısamüddətli karantin başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR