Bakıda məhkəmə hakimi arvadını öldürüb - YENİLƏNİB - VİDEO

Bakıda məhkəmə hakimi arvadını öldürüb - <span class="red_color">YENİLƏNİB - <span class="red_color">VİDEO
# 31 may 2021 10:00 (UTC +04:00)

“Mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

***

09:20

Bakıda qətl törədilib.

APA xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətli törədən 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR