Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - FOTO

Bakıda qəzalı vəziyyətdə olan məktəb bağlanıb - FOTO
# 09 oktyabr 2021 17:05 (UTC +04:00)

Oktyabrın 11-dən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 57 nömrəli tam orta məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.

APA-nın xəbərinə görə, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib.

O qeyd edib ki, bu qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının 57 nömrəli tam orta məktəbin binasını qəzalı vəziyyətə salması səbəbindən verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR