Bakıda restoran rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib

Bakıda restoran rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib

© APA | Bakıda restoran rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib

# 05 oktyabr 2021 11:51 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonu, H. Əliyev küçəsi, ev 15 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Engin Akdemirə məxsus “Kardeşlər Marmaris” restoranında plandankənar yoxlama keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, yeyinti məhsullarının istehsalı, saxlanması və satışı zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib. Belə ki, müəssisədə mal qonşuluğu prinsipinə, temperatur rejiminə əməl olunmadığı müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, həmçinin müəssisədə qənnadı məmulatlarının istehsalı məhdudlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR