Bakıda səfil həyatı sürən Tacikistan vətəndaşının ölkəsinə qaytarılması üçün tədbirlər görülür

Azat Qulov

© APA | Azat Qulov

# 25 may 2021 17:34 (UTC +04:00)

Bir gün əvvəl sosial şəbəkələrdə Azat Qulov adlı evsiz və heç bir qeydiyyatı olmayan Tacikistan vətəndaşının Bakı küçələrində səfil həyat sürməsi barədə məlumatlar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

APA-nın məlumatına görə, nəticədə həmin şəxsin məskunlaşdığı ərazi təyin edilib və Azat Qulov qanunsuz miqrantların müvəqqəti saxlanması mərkəzinə yerləşdirilib. Azərbaycanda qanunsuz olaraq yaşamış həmin şəxs saxlanma mərkəzində həkim müayinəsindən keçirilib və zəruri ehtiyacları ödənilib.

Hazırda Azat Qulovun vətəndaşı olduğu ölkəyə qaytarılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR