Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkar edilib - VİDEO

Həmid Bayramov

© APA | Həmid Bayramov

# 28 oktyabr 2021 12:33 (UTC +04:00)

Bakıda avtobusda koronavirus xəstəsi aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR