Bakıda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlanıb

Bakıda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlanıb
# 24 sentyabr 2021 09:00 (UTC +04:00)

Bakıda avtomobillərin hərəkətində sıxlıq yaranan küçə və prospektlərin siyahısı açıqlanıb.

APA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında bildirilib.

Paytaxtda müşahidə edilən sıxlıq aşağıdakı ərazilərdədir:

1. Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

2. Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq

3. Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində sıxlıq

4. Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində sıxlıq

5. Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısından mərkəz istiqamətində sıxlıq

6. Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

7. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsündə sıxlıq

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR