Bakıda təhsil işçilərinin 80 faizindən çoxu peyvənd olunub

Bakıda təhsil işçilərinin 80 faizindən çoxu peyvənd olunub
# 08 iyun 2021 12:20 (UTC +04:00)

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq paytaxtdakı təhsil müəssisələrində çalışanların vaksinasiya prosesi həyata keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə paytaxtda yerləşən ümumi təhsil məktəblərində 10 peyvənd məntəqəsi fəaliyyət göstərir. Hazırki dövrədək paytaxtdakı təhsil müəssisələrində çalışanların 82 faizi vaksinasiya prosesinə qoşulub.

Qeyd edək ki, BŞTİ-nin kollektivi də vaksinasiya prosesində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR