Bakıda “tiryəkxana” aşkar edilib, 5 nəfər saxlanılıb - VİDEO

Bakıda “tiryəkxana” aşkar edilib, 5 nəfər saxlanılıb - VİDEO
# 03 avqust 2021 16:22 (UTC +04:00)

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi “tiryəkxana” aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin və 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı müəyyən edilib ki, qəsəbə ərazisində yerləşən həmin ünvanda narkotik vasitələrin qəbulu və satışı təşkil edilir.

Tədbir zamanı orada narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Suraxanı rayon sakinləri Tərlan Əsmətov, Rəhman Əliyev, Baloğlan Mehtiyev, Ruslan Doçenko və Xəlil Kavadze saxlanılıblar. Onların üzərinə baxış zamanı ümumilikdə 10 qarama yaxın heroin aşkar edilib. Saxlanılan şəxslər ifadələrində Bülbülə və Əmircan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslər istintaqa cəlb olunublar. Narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması istiqamətində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

© APA | Bakıda “tiryəkxana” aşkar edilib, 5 nəfər saxlanılıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR