Bakıda “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı tədbir keçiriləcək

Bakıda “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı tədbir keçiriləcək
# 04 oktyabr 2021 16:15 (UTC +04:00)

Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı oktyabrın 7-10-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpozium keçiriləcək.

Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı APA-ya bildirib ki, tədbirə Türk Ocağı başqanı, professor Mehmet Öz, UNESCO Türkiyə Milli təşkilatının başqanı Öcal Oğuz, TİKA Bakı nümayəndəliyinin koordinatoru Fatih Yılmaz, Azərbaycanın dövlət təmsilçiləri, millət vəkilləri qatılacaqlar.

A. Aşırlının sözlərinə görə, UNESCO-nun Türkiyə Milli Komitəsinin də qatıldığı 3 günlük simpoziumda Türkiyənin Qazi Universiteti, Qırğızıstanın Manas və Türk-Kazak Ahmet Yasəvi Universitetindən 31 alim iştirak edəcək.

A. Aşırlı vurğulayıb ki, simpoziumun açılışı oktyabrın 8-də saat 11-də Azərbaycan Texniki Universitetinin akt zalında olacaq: “Simpoziumun təşkilatçıları arasında Azərbaycan Texniki, Pedaqoji universitetləri və Azərbaycan İlahiyyat İnstitutu da var. Elmi tədbirdə Azərbaycanın müxtəlif elm-təhsil müəssisələrində çalışan 18 alimin məruzəsi dinləniləcək. Ümumilikdə konfransda 48 elmi məruzə müzakirəyə çıxarılacaq, Türk dünyasının birliyi əsas müzakirə mövzusu olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR