Bakıda İtaliya mətbəxinin nümunələri təqdim edilib

Bakıda İtaliya mətbəxinin nümunələri təqdim edilib
# 03 dekabr 2021 16:52 (UTC +04:00)

Bu gün "VI Beynəlxalq İtaliya mətbəxi həftəsi" çərçivəsində aşpazlar tərəfindən hazırlanan yeməklərin təqdimatı və dequstasiyası keçirilib.

APA-nın məlumatına görə, tədbir İtaliya Respublikasının Azərbaycandakı səfirliyi, İCE-İtaliya Ticarət Agentliyi və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

3 Mişelin ulduzlu aşpaz Heinz Beck "İtalyan mətbəxinin ənənələri və perspektivləri: qida davamlılığının maarifləndirilməsi və gücləndirilməsi" mövzusunda çıxış edib.

Heinz Beck jurnalistlərə açıqlamasında Azərbaycanda ilk dəfədir İtaliya mətbəxini təmsil etdiyini bildirib. Onun sözlərinə görə, təqdim etdiyi menyu özündə italyan dadı, ənənələrini və müasirliyi birləşdirir: "Sizə təqdim etdiyim menyuda İtaliya mətbəxinin seçmə təamları var. İtaliya mətbəxi ona görə dünyada sevilir ki, özündə müxtəlif dadları birləşdirir. Bu mətbəx "Tiramisu", "pannakkota" və digər desertlərlə məşhurdur. Biz yeməyi böyük səbirlə hazırlayırıq. Hazırladığımız yeməklər sağlamlıq üçün də faydalıdır."

Qeyd edək ki, tədbir çərçivəsində aşpazlar üçün ustad dərsləri təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR